Azərbaycanda 2012-ci ilin yanvar-sentyabr aylarında ilkin daşınmaz əmlak bazarında qiymətlərin artımı 0,9%, təkrar bazarda 5,5% təşkil edib.
Bu məlumatlar Mərkəzi Bankın (AMB) saytında dərc edilən 2012-ci ilin 9 ayı ərzində pul siyasəti haqqında icmalında verilib.
“MBA LTD” Qiymətləndirmə və Konsaltinq Şirkətinin məlumatıatına əsasən, 2012-ci ilin üçüncü rübündə birinci rübü ilə müqayisədə Azərbaycanın daşınmaz əmlak bazarında fəallığın cüzi azalması müşahidə edilib.
Bununla yanaşı, təkrar bazarda qiymət artımı təkliflərin azalması ilə əlaqədardır. “Lakin, 2008-ci ilin göstəricsi ilə müqayisədə 2012-ci ilin 9 ayının yekunları üzrə təkrar bazarda qiymətlər - 9,5%, ilkin bazarda - 22,8% az olub”, - deyə sənəddə vurğulanır.
2012-ci ilin yanvar-sentyabr aylarında yaşayış obyektlərinin icarə haqqı - 9,6% artıb, ancaq kommersiya obyektlərinin – 4,3% azalıb.
Xəbər verildiyi kimi, Azərbaycanın ilkin daşınmaz əmlak bazarında 2011-ci ildə artım -5,3%, təkrar bazarda - 8,4% təşkil edib.