Hindistanın Andhra-Pradeş ştatında ən azı 22 nəfər güclü qasırğanın səbəb olduğu şiddətli yağışların nəticəsində həlak olub. Bu barədə bazar ertəsi “BBC” leteradioyayım korporasiyası yerli KİV-ə istinadən məlumat verib.
Sinoptiklərin proqnozlarına əsasən, yaxın iki gün ərzində daha bir neçə rayonda leysan olacaq.
Ötən həftə ştatı “Nilam” qasırğası vurub. Küləyin maksimum sürəti saatda 100 kilometr təşkil edib.
Qonşu Tami-Hadu ştatında qasırğa 10 nəfərdən artıq ölümünə səbəb olub.
Təbii fəlakət nəticəsində 1,5 min ev zədələnib, düzənlərdə yaşayan minlərlə insan müvəqqəti olaraq xüsusi çadır düşərgələrinə köçürülüb.