Amerikalılar prezident seçkilərində Barak Obamaya səs verməlidirlər, çünki demokratların bu namizədi iqtisadi böhranın nəticələrinə qarşı uğurla mübarizə apara bilər. Böyük Britaniyanın nüfuzlu maliyyə -iqtisad qəzeti olan “Faynenşl tayms” qəzeti belə yazır.
“Obama böhranla mübarizə aparmaq üçün daha ağıllı variantdır”,- deyə qəzetdə dərc edilmiş məqalədə bildirilir.
“Birinci prezidentlik müddətində iqtisadi böhranla qarşılaşmış Barak Obama daha yaxşı namizəd olaraq görünür”,- deyə Britaniya qəzetinin redaksiyası öz fikrini əsaslandırıb.