13-15 noyabr tarixlərində Bakıda aktuarilər üçün həyat sığortası və pensiya sığortası məsələlərinə dair kurs təşkil ediləcək. Bu barədə Dövlət Sığorta Nəzarəti Xidmətinin məlumatında deyilir.
Kurs Dövlət Sığorta Nəzarəti Xidməti, Beynəlxalq Aktuarilər Assosiasiyasının (IAA) Sərhədsiz Aktuarilər Komitəsi (AWB) və Azərbaycan Aktuarlar Assosiasiyası tərəfindən təşkil ediləcək.
Kursun əsas məqsədi həyat sığortası və pensiya sığortası məhsulları ilə bağlı aktuari bilik və bacarıqlarının artırılması və beynəlxalq təcrübənin öyrənilməsidir.
Kursa təlimçi kimi xarici mütəxəssislər dəvət olunub.