Azərbaycanın hüquq mühafizə orqanının əməkdaşları ötən həftə ərzində 28 narkoman və bir narkotik maddə alverçisini saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi DİN-dən məlumat verilib.
Ümumilikdə, narkomanlardan 9,67 qram marixuana, 2,852 qram heroin, 1,983 qram tiryək aşkar edilərək götürülüb.
Keçirilən əməliyyatlar nəticəsində narkotik maddə alverçilərindən 1 kiloqram 500 qram marixuana aşkar edilərək götürülüb.
Bundan başqa, DİN əməkdaşları təxminən 3,5 ton yabanı halda bitən çətənə kolu aşkarlayaraq məhv ediblər.