Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 2012-ci ilin yanvar-oktyabr aylarında 12% - $11 mlrd. 743,2 mln.-a qədər artıb. Bu barədə AMB-nin saytında yerləşdirilmiş məlumatda deyilir.
Cari ilin oktyabr ayında AMB-nin valyuta ehtiyatları $236,7 mln. və ya 2% artıb.
Xəbər verildiyi kimi, 2012-ci il yanvarın 1-nə AMB-nin valyuta ehtiyatları $10 mlrd. 481,5 mln. təşkil edib.
2011-ci ildə bankın valyuta ehtiyatları 63,5% artıb.