Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) noyabrın 6-da Lənkəran şəhərində regional video-konfrans təşkil edəcək. Bu barədə QKDK-nın məlumatında deyilir.
Video-konfransda Lənkəran şəhəri daxil olmaqla Astara, Cəlilabad, Biləsuvar, Lerik, Masallı və Yardımlı rayonlarından 100-ə yaxın SC-nin rəhbərləri iştirak edəcək.
Konfransın məqsədi SC rəhbərləri ilə korporativ idarəetmənin və hesabatlıq sisteminin effektivliyinin artırılmasına dair müzakirələrin aparılmasıdır.
Konfransda Bakı və Lənkəran şəhərləri arasında video əlaqə yaradılacaq və mövzu ətrafında QKDK-nın struktur bölmə rəhbərləri ilə müzakirələr aparılacaq.