SOCAR 2012-ci ilin yanvar-oktyabr aylarında Bakı-Supsa neft kəməri ilə 2 mln. 338,439 min ton neft ixrac edib ki, bu da 2011-ci ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
2012-ci ilin oktyabr ayında qərb boru kəməri ilə 161,551 min ton neft ixrac edilib.
Xəbər verildiyi kimi, 2011-ci ildə Bakı-Supsa boru kəməri ilə 2 mln. 652,111 min ton neft nəql edilib.
Bakı-Supsa neft kəməri 1999-cu il aprelin 17-də istismara verilib. Kəmərin uzunluğu 837 km, diametri 530 mm-dir. Ötürmə qabiliyyəti ildə 7,5 mln. ton neft olan boru kəməri “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənilməsi haqqında müqavilə çərivəsində inşa edilib.