Türkdilli dövlətlərin Parlament Assambleyasının (PA)hüquq məsələləri komissiyasının növbəti iclası 2013-cü ildə Astanada keçiriləcək. “İnmterfaks -Azərbaycan” agentliyinin müxbiri komissiyanın bazar ertəsi Bakıda keçirilən iclasının yekunlarına əsasən belə məlumat verir.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan parlamentarilərinin əldə etdikləri razılığa əsasən, Qazaxıstan paytaxtında keçiriləcək iclasın gündəliyinə Türk PA-ya üzv ölkələrin nəqliyyat sistemlərinin inteqrasiyası və iqtisadi əməkdaşlıq məsələləri daxil ediləcək.
Bakıda keçirilən iclasda iştirakçılar üzv-dövlətlərin parlamentlərinin reqlament və xalq deputatlarının səlahiyyətləri, eləcə də qanunvericilik sahəsində əməkdaşlıq barədə hesabatlarını müzakirə ediblər.
Müzakirələrin yekununa əsasən, komissiyanın üzvü, Milli Məclisin deputatı Çingiz Qənizadə TürkPAnın 2013-cü ildə Türkiyədə keçiriləcək dördüncü plenar sessiyası üçün tövsiyələr hazırlayacaq
Bakı iclsası zamanı həmçinin Türk PA-nın işində Türkmənistan və Özbəkistan nümayəndələrinin müşahidəçi qismində iştirakı barədə təkliflər də səsləndirilib.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan TürkPA-nın üzvləridir.