İspaniyanın mebel istehsalı ilə məşğul olan “Intradisa” şirkəti Azərbaycan şirkətləri arasında tərəfdaşlar axtarır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) saytında yerləşdirilmiş məlumatda qeyd edilir.
““Intradisa” istənilən ciddi, məqsədyönlü yerli şirkətlə saziş imzalamağa hazırdır", - deyə məlumatda qeyd edilir.
Şirkət Avropa və Cənubi Amerika ölkələrinə mebel və mebel məhsulları tədarük edir.
Azpromo İqtisadi İnkişaf Nazirliyi tərəfindən 2003-cü ildə yaradılıb. İlkin mərhələdə fond investisiyaların təşviqi və investisiya məsələləri üzrə məsləhətləşmələrlə məşğul olurdu. 2005-ci ilin avqustunda fondun funksiyaları genişləndirilib və fond ixracın təşviqi məsələləri ilə məşğul olmağa başlayıb.