Azərbaycanın müdafiə naziri Səfər Əbiyev çərşənbə axşamı Romaya rəsmi səfərə yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev noyabrın 6-da Romaya rəsmi səfərə yola düşüb", - deyə məlumatda bildirilir.
Səfər İtaliyanın müdafiə naziri Giampaolo Di Paolanın dəvəti ilə həyata keçirilir.