RF Rabitə və Kütləvi Kommunikasiya nazirinin müavini Denis Sverdlov kibertəhlükəsizlik məsələsində əsas istiqamətləri müəyyən edib.
“Biz İnternetin həm vacibliyini, həm də təhlükəsini dərk edirik”, - deyə D.Sverdlov çərşənbə axşamı Bakıda keçirilən 7-ci İnternet İdarəçiliyi Forumu çərçivəsində tədbirə qatılan nazirlərin görüşündə bəyan edib.
Bu istiqamətdə səylərin vacibliyini qeyd edərək D.Sverdlov məlumat verib ki, dünyada kibertəhlükəsizliyə müxtəlif yanaşmalar mövcuddur.
“Burada 3 məqama diqqət yetirmək lazımdır: 1. Yerli seqmentin sabitliyi. Bu gün internetin transsərhədliyini nəzərə alaraq bu məsələyə xüsusi diqqət yetirmək lazımdır, bu isə bütün sistemlərin iş qabiliyyətliliyini təmin edəcək; 2. Kibercinayətkarklığa qarşı mübarizə. Yenə də internetin transsərhədliyini nəzərə alaraq qarşılıqlı əlaqə vasitələri tapmaq vacibdir. Bu, konkret ölkələrin məhkəmələri tərəfindən tanınan cinayətlərin digər ölkələrdə də cinayət kimi tanınması üçün həyata keçirilməlidir”, - deyə o bildirib.
Kibertəhlükəsizlik mövzusunu davam etdirərək nazir müvini bildirib ki, son amil elektron imzaların transsərhədliyinin tanınmasıdır.
“Bu gün Rusiyada elektron xidmətlər sahəsi inkişaf edir. Kifayət qədər sayda vətəndaş Rusiya standartları ilə verilən elektron imzaya malikdir. Həmin elektron imzanın həmçinin dünyanın digər ölkələrində tanınması bizim üçün vacibdir. Yerli yurisdiksiyalarda imzalı elektron sənədlər mübadiləsi həyata keçirməyə imkan yaradan mexanizmlər tapmalıyıq”, - deyə D.Sverdlov vurğulayıb.
“Biz bu forumdan qeyd etdiyim sahələrdə praktiki fayda gözləyirik. Hər birimizin müəyyən edilən çərçivələrdə fəaliyyət göstərəcəyimiz konkret tövsiyyələr hazırlamalıyıq. Həmin tövsiyyələr hər bir ölkədə qəbul edilməlidir. Birlikdə ümumi problemləri həll etməliyik”, - deyə o əlavə edib.