Baki şəhər sakinləri Şəhla Ağayeva və Xuraman Babayeva mənzildən oğurluqda şübhəli bilinərək Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşları tərəfindən saxlanılıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə axşamı Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
“Ş.Ağayeva və X.Babayeva paytaxt sakini Minəxanım Eminovanın mənzilindən $100 min dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinirlər”, - deyə məlumatda qeyd edilir.
Bildirilir ki, saxlanılanlardan biri Ş.Ağayeva zərərçəkənin doğma qızıdır.
İstintaq zamanı müəyyən edilib ki, oğurlanan qızıl-zinət əşyaları M.Eminova və bacısına məxsus olub. Zərəçəkən paytaxtın nüfuzlu ticarət mərkəzlərindən birində alverlə məşğul olur.
Fakta bağlı cunayət işi açılıb, istintaq gedir.