2012-ci ilin yekunları üzrə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 100% icra olunacaq. Bu barədə maliyyə naziri Samir Şərifov çərşənbə axşamı parlament komitələri tərəfindən 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.
"2012-ci ilin yekunları üzrə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 100%, xərcləri 98% icra olunacaq", - deyə nazir qeyd edib.
Xəbər verildiyi kimi, 2012-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 1 mlrd. 446,7 mln. manat və ya ÜDM-in 3,6%-ni təşkil edib. Gəlirlər üzrə plan tapşırığı 103,1%, xərclər üzrə – 90,1% yerinə yetirilib.
Azərbaycanın 2012-ci il dövlət büdcəsinin gəlirləri 17 mlrd. 38 mln. manat, xərcləri 17 mlrd. 672 mln. manat məbləğində təsdiq edilib. Dövlət büdcəsinin kəsiri 634 mln. manat və ya ÜDM-in 1,3%-i səviyyəsində proqnozlaşdırılır.