Avropa İttifaqı çərşənbə axşamı vətəndaş cəmiyyəti üçün “Dağlıq Qarabağ ətrafında münaqişənin sülh yolu ilə nizamlanmasına dair Avropa tərəfdaşlığı” (EPNK) proqramının ikinci mərhələsinə başlayır.
Brüsseldə yayılan rəsmi məlumatda bildirilir ki, proqram vətəndaş cəmiyyəti arasında dialoqa yardım, kütləvi informasiya vasitələri və siyasət yolu ilə Qarabağ münaqişəsində sülhməramlı səylərin dəstəklənməsinə yönəlib.
EPNK Sabitlik üçün Alət çərçivəsində yaradılıb. Bu Aİ-nin münaqişələrin sülh yolu ilə nizamlanması proseslərinin dəstəklənməsi, bütün dünyada gərginliyin azalması və münaqişədən sonra bərpa edilmək üçün nəzərdə tutulan xüsusi maliyyə alətidir.
Proqram siyasətçilər arasında, kütləvi informasiya vasitələri və münaqişə tərəflərinin vətəndaş cəmiyyəti arasında dialoqun dəstəklənməsinə cavabdehdir. O həmçinin sülh prosesində bilavasitə münaqişə ocağında olan şəxslərin, həmçinin qadınların, gənclərin, daxili köcürülən qaçqınların geniş tərkibdə iştirakına yönəlib
Proqram təbirləri üç əsas istiqamətlərdə təşkil edilib: KİV, dövlət siyasəti və qruplar, toxunulan münaqişələr. Onların vəzifəsinə haşiyə edilən qruplara xüsusi diqqət yetirildiyi halda sülhməramlı təşəbbüslərdə iştirak bazasının genişlənməsi; münaqişə dalanından çıxmağa yardım edən yeni ideyaların dəstəklənməsi; milli və beynəlxalq səviyyələrdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə siyasətçilərlə dialoqa vətəndaş cəmiyyətinin fəal cəlb edilməsi.