Hər bir dövlət internetdəki problemlərə görə məsuliyyət daşıyır.Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bakıda İnternet İdarəçiliyi Forumunun “Hiperqoşulmuş dünyada risk və imkanlar” mövzusunda sessiyasında çıxışı zamanı bildirib.
Sessiyanın təşkilatçıları RİTN və Ümumdünya İqtisadi Forumudur (ÜİF).
“İnternet hamı üçün əlçatan olmalıdır.Hökumət internetdəki problemlərə görə məsuliyyət daşıyır. Nəzərə almaq lazımdır ki, hökumət bu sahədəki bütün problemləri həll edə bilməz”,- deyə Ə. Abbasov bildirib.
Nazir həmçinin, internet azadlığının təmin edilməsinin vacibliyinə diqqət çəkib.
“Bu sahəyə tolerantlıq nöqteyi nəzərindən yanaşmaq lazımdır.Başlıcası, qarşılıqlı hörmətə və bütün istifadəçilərin haqlarının pozulmamasına riayət etmək lazımdır”,- deyə o əlavə edib
Beynəlxalq Elektron Rabitə İttifaqının(ITO) baş direktoru Həmədun Ture deyib ki, bütün ölkələr üçün əsas məqsədlərdən biri uşaqların internetdə mövcud olan müxtəlif təhlükələrdən qorunmasıdır. “Uşaqları öyrətmək lazımdır ki, həyatda görmədikləri və tanımadıqları istifadəçilərlə münasibət qurmasınlar”,- deyə H.Ture vurğulayıb.
“Hamı qanunvericiliyə əsaslanmalıdır. İnternetdəki təhlükələrlə mübarizə aparan Avropa İttifaqı kimi yaxşı regioanal çərçivələr mövcuddur. Bir sözlə, əsas ölkələr arasında əməkdaşlıqdır.Əgər bu olmazsa ITO çərçivəsində imzalanmış 133 dövlətlər arası saziş nəyə lazımdır”,- deyə o əlavə edib.
ÜİF-in İnformasiya texnologiyaları və kommunikasiyalar üzrə baş direktoru Alan Markus hesab edir ki, kiberhücumlar bilavasitə siyasətlə əlaqədardır. “Texnologiylar bir- birinə zərər verməz, insan insana zərər verə bilər. Buna görə də biz insanların texnologilardan necə istifadə etdiklərini bilməliyik”,- deyə A.Markus qeyd edib.
O əlavə edib ki, Cənub Şərqi Asiya ölkələrinin kibertəhlükəylə mübarizə sahəsində təcrübəsi yoxdur.
Fransanın Bakıdakı səfiri Paskal Monye iqtisadiyyat sahəsində təhlükələrə diqqət çəkib.” Bu təhlükə özünü xüsusən ticarət sahəsində göstərir. Buna görə, hər ölkənin hakimiyyəti bu cür problemlərin qarşısının alınmasında maraqlı olmalıdır”,- deyə diplomat qeyd edib.
İtaliyanın Bakıdakı səfiri Mario Baldi qeyd edib ki, demokratiyada internetin rolu şişirdilir.”Demokratiyanın çıx mürəkkəb konsepsiyası var.Lakin İnternetin demokratiyadakı roluşişirdilib.Siz bilirsiniz ki, demokratiya barədə bu və digər informasiyaların araxasında kimlər və nələr dayanır.İnternet yalnız mürəkkəm demokratiya konsepsiyasının bir hissəsidir”,- deyə M.Baldi bildirib.