Azərbaycanın hüquq mühafizə orqanlarının əməkdaşları Sabirabad rayon sakinini üzərində külli miqdarda narkotik maddə ilə saxlayıblar. Bu barədə “İnterfaks -Azərbaycan” agentliyinə çərşənbə günü DİN-dən məlumat verilib.
Narkotik alverçisinin evində aparılan axtarış zamanı 4,630 kq marixuana aşkarlanıb.
Şübhəli şəxsin aşkarlanmasına daha əvvəl saxlanılan və üzərindən 1,87 q marixuana tapılaraq müsadirə edilən Şirvan şəhər sakininin ifadələri yardımçı olub.
Faktla bağlı cinayət işi açılıb,istintaq aparılır.