Maliyyə Nazirliyi mərkəzi aparat üçün şəbəkə və telekommunikasiya avadanlığı alınmasına tender elan edib. Bu barədə nazirlikdən məlumat verilib.
Xüsusilə, tender çərçivəsində nazirlik daxili telekommunikasiya və rəqəmsal ATS üçün şəbəkə avadanlığı (lot 1), multimedia avadanlığı, o cümlədən telekonfrans və təqdimatlar üçün avadanlıq (lot 2) almağı planlaşdırır.
İştirakçı şirkətlərin tender təklifinə avadanlığın texniki xarakteristikası, işlərin həyata keçirilməsi müddəti, qiyməti, hesablama forması daxil olmalıdır.
Tender çərçivəsində Maliyyə Nazirliyinin əldə edəcəyə avadanlıq sertifikatlaşdırılmalıdır.
Tenderə dair təkliflərin qəbulu 2012-ci il dekabrın 25-dək qəbul ediləcək. Tender proseduru dekabrın 26-da keçiriləcək.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu – hər lot üzrə 300 manatdır.