Dövlət Sosial Müdafiə Fondu (DSMF) sosial sığorta şəhadətnamələrinin hazırlanması üçün tender elan edib.Bu barədə fondun elanında bildirilır.
Tenderin keçirilməsinin səbəbi sosial sığorta şəhadətnamələrinə tələbatın olması ilə əlaqədardır.
Tenderin şərtlərinə əsasən, qalibin seçilməsində aşağıdakı meyarlar nəzərə alınacaq: ən effektiv təklif, yüksək keyfiyyət, analoji işlərin yerinə yetyirilməsi üzrə təcrübə, kadr potensialı, sifarişin yerinə yetirilməsi üçün maliyyə və texniki imkanlar.
Tenderdə iştirak edən şirkətlər tender komissiyasına dövlət büdcəsinə borc və ödənişlərin olmaması, vergi ödənişləri icbari sosial sığorta üzrə köçürmələr, eləcə də banklara borclarının olmaması barədə arayış təqdim etməlidirlər.Bundan başqa, son bir il ərzində maliyyə vəziyyəti barədə bank arayışı, kadr, maliyyə, texniki potensial barədə rəsmi məlumatlar təqdim edilməlidir.
Şəhadətnamələr plastik kart şəklində hazırlanmalıdır.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 100 manat təşkil edir.Tender üzrə təkliflər dekabrın 21-nə qədər qəbul ediləcək. Tender təkliflərinin qiymətləndirilməsi dekabrın 24-də baş tutacaq.
Azərbaycanda 2006-cı ildən yeni pensiya sisteminə keçidlə əlaqədar sosial sığorta haqqında şəhadətnamələr verilməyə başlayıb. Sığortalanan hər bir şəxs 13 işarəli fərdi kod əldə etmiş olur.1-8-ci rəqəmlər sığortalanan şxsin doğum tarixini, 9-13-cü rəqəmlər onun fərdi nömrəsini əks etdirir.
Bu ilin oktyabr əvvəlinə 2,5 mln. –dan çox sosial sığorta ödəyicisi fərdi hesaba malikdir.