Pakistanın cənubunda Karaçi şəhərində terrorçu kamikadzenin hərbi bazaya hücum etməsi nəticəsində bir nəfər həlak olub. Bu barədə çərşənbə günü Pakistan televiziyası xəbər verir.
Xəbər verildiyi kimi, terrorçu avtomobillə hərbi bazaya girməyə çalışıb.
Bundan sonra o, içinə 100 kq partlayıcı maddə qoyulmuş bombanı işə salıb.
Partlayış nəticəsində 13 nəfər yaralanıb.