Cümə axşamı Bakıda Azərbaycan, Polşa, Rumıniya və Belarus arasında idmanın inkişafı sahəsində qarşılıqlı anlaşma memorandumu imzalanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri tədbirdən məlumat verib.
İmzalanma mərasimində Azərbaycan və Belarus tərəfindən Milli Olimpiya Komitələrinin vitse-prezidentləri Çinqiz Hüseynzadə və İqor Raçkovski, Polşa və Rumıniya tərəfindən isə Milli Olimpiya Komitələrinin prezidentləri Andjey Krasniçki və Oktavian Morariu iştirak ediblər.
İmzalanma mərasimi Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunan tədbirlər çərçivəsində keçirilib.
Sənədlərdə olimpiya komitələri arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə idmanın inkişafı sahəsində təcrübə mübadiləsi nəzərdə tutulur.