Cümə axşamı Bakının Nərimanov rayonu ərazisində Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə həsr olunan partiyanın fəalları və rəhbərlik nümayəndələrinin iştirakı ilə yaşıllaşdırma aksiyası keçirilib.
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədovun sözlərinə görə, partiyanın fəaliyyəti yalnız siyasi proseslərdə iştirak etməklə məhdudlaşmır.
“Yeni Azərbaycan Partiyasının fəaliyyəti yalnız siyasi proseslərdə iştirak etməklə məhdudlaşmır. Siyasi həyatda tutduğumuz yüksək mövqelərlə yanaşı biz ictimai həyatda müxtəlif aksiyalar keçiririk. Partiya quruculuq və yaradıcılıq işlərinin reallşadırılmasında insanları dəstəkləyir”, - deyə o qeyd edib.
“Bu gün partiyamızın fəal üzvləri paytaxtın Nərimanov rayonu ərazisində 2 min agacın əkilməsində iştirak edirlər. YAP fəaliyyətində şəhərin yaşıllaşdırılmasına xüsusi əhəmiyyət verir, bu isə ekoloji vəziyyətin yaxşılaşmasına səbəb olur”, - deyə Ə.Əhmədov vurğulayıb.
Milli Məclisin vitse-spikeri, YAP-ın icraçı katibinin müavini Bahar Muradova qeyd edib ki, partiya hər zaman səylərini Azərbaycan xalqının maraqlarına yönəldib.
“Cavab olaraq xalqımız hər zaman YAP-a olan etibarını ifadə edib”, - deyə o vurğulayıb.
“Azərbaycan dövlətinin bu gün əldə etdiyi uğurlar Yeni Azərbaycan Partiyası, Heydər Əliyevin adı və Prezident İlham Əliyevin yürütdüyü siyasətlə bağlıdır”, - deyə təhsil naziri Misir Mərdanov jurnalistlərə bəyan edib.