Polşa və Azərbaycan xalqlarının nümayəndələri arasında ilk əlaqələr hələ XVI əsrdə yaranıb. Polşanın Azərbaycandakı səfiri Mixail Labenda cümə axşamı “Bakıda Polşa izləri” və “Bakıda Polşa izləri. İçəri şəhər” turistlər üçün bələdçi kitablarının təqdimat mərasimində bildirib.
“Baxmayaraq ki biz bu il ölkələrimiz arasında diplomatik əlaqələrin yaranmasının 20 illiyini qeyd edirik, lakin bizim ölkələrimiz arasındakı münasibətlərin tarixi çox qədimdir”,- deyə M.Lebenda bəyan edib.
“ Polşadan Azərbaycana kütləvi miqrasiya XIX əsrin birinci yarısında başlayıb. 1920-1930-cu illərdə neft bumu ilə əlaqədar Azərbaycana geofiziklər, neft və tikinti mühəndisləri, maqnatlar, inşaatçılar, biznesmenlər və müxtəlif fəaliyyət sahələrinin nümayəndələri gəldilər”, - deyə o əlavə edib.
M.Lebendanın sözlərinə görə, Azərbaycan tarixində polşalı memarlar da iz buraxıblar.Onların layihəsi əsasında tikilən binalar bu günümüzə qədər gəlib çatıb və ölkənin mədəni irsi siyahısına salınıb.
“ Bildiyiniz kimi, polşalı memarlar həm Bakıda həm də Azərbaycan regionlarında çoxlu binalar tikiblər.Biz istəyirik ki, onların işləri yalnız bu sahənin mütəxəssislərinə deyil, həm də Azərbaycana gələn turistlərə də açıq olsun .Bununla əlaqədar biz iki bələdçi kitab hazırlamışıq.Ümid edirəm ki, nəşr edilən kitablar Azərbaycanın bütün məlumat məntəqələrində olacaq”,- deyə M.Lebenda qeyd edib.
O əlavə edib ki, Azərbaycanın bütün inforrmasiya məntəqələrində turizm sahəsində əlaqələri genişləndirmək üçün işlər aparılır. Bununla əlaqədar bir sıra mədəni tədbirlərin görülməsi planlaşdırılır.
Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov qeyd edib ki. dinamik inkişaf edən Azərbaycan-Polşa əlaqələri fonunda turizm sahəsində ən yaşı münasibətlər qurulmalıdır.
“Turizm sahəsində əlaqələrin səviyyəsi çox aşağıdır. Deyə bilərəm ki, 2011-ci ilin statistikasına əsasən, Azərbaycana cəmi 2200 polşalı turist gəlib”,- deyə nazir müavini qeyd edib.
N.Səmnədov nəşr olunan bələdçi kitabların polşalı turistlərin Azərbaycana cəlb olunmasına və bu sahədə əlaqələrin inkişafına kömək edəcəyinəı ümid etdiyini bildirib.