Dövlət Gömrük Komitəsi (DGK) 2012-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə 987 mln. 880,8 min manat məbləğində vergi və rüsum köçürüb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 5,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
“Cari ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 700 mln. 652,15 min manat, aksizlər üzrə 63 mln. 99,5 min manat, yol vergisi üzrə 14 mln. 611,83 min manat təşkil edib”, - deyə komitənin nümayəndəsi qeyd edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 209 mln. 517,32 min manat məbləğində olub.
2012-ci ilin oktyabr ayında DGK dövlət büdcəsinə 107 mln. 12,9 min manat vergi və rüsum ödəyib. Dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 90 mln. 662,55 min manat, aksizlər üzrə 7 mln. 552,5 min manat, yol vergisi üzrə 1 mln. 677,63 min manat, gömrük rüsumları üzrə 7 mln. 120,22 min manat təşkil edib.
Xəbər verildiyi kimi, 2012-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə daxilolmalar 1,2 mlrd. manat həcmində proqnozlaşdırılır.