Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə cümə axşamı İranın ölkəmizə yeni təyin olunan səfiri Möhsün Pakayini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verib.
“A.Paşazadə yeni səfirə gələcək fəaliyyətində uğurlar diləyib, dost, qardaş ölkələrimiz və xalqlarımız arasında mövсud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində səy göstərəcəyinə ümidvar olduğunu bildirib”, - deyə QMİ-nin yaydığı məlumatda bildirilir.
M.Pakayin şeyxin İrana səfərlərinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq qeyd edib ki, bu cür qarşılıqlı səfərlər iki ölkə arasında dini əlaqələrin inkişafına öz töhfəsini verir.