Azərbaycan Beynəlxalq Bankı (ABB) 240 mindən artıq yeni pensiya plastik kartlarının buraxılmasını təmin edib. Bu barədə bankın məlumatında deyilir.
“Bu ilin mart ayından bank tərəfindən pensiyaçılara 167 min yeni kart verilib”, - deyə məlumatda bildirilir.
2012-ci ilin sonuna kimi 260 minə yaxın pensiya kartının əvəz edilməsi planlaşdırılır.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.