2012-ci ilin yanvar-oktyabr aylarında Bakı-Tiflis-Ceyhan (BTC) boru kəməri ilə nəql olunan Azərbaycan neftinin həcmi 25 mln. 90,026 min ton təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 10,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) məlumat verilib.
“Oktyabr ayında BTC neft kəməri ilə 2 mln. 164,305 min ton Azərbaycan nefti, ümumilikdə, kəmərin istismara verildiyi vaxtdan (4 iyun 2006-cı il – İF) cari ilin noyabr ayının 1-nə qədər 200 mln. 867,726 min ton neft nəql olunub”, - deyə məlumatda bildirilir.
Bundan başqa, oktyabrda BTC neft kəməri ilə 285,332 min ton Türkmənistan nefti nəql olunub.
Yanvar-oktyabr aylarında Ceyhan neft terminalından 24 mln. 443,906 min ton, oktyabr ayında bu həcmdən 2 mln. 14,671 min ton, ümumilikdə isə BTC-nin istismara verildiyi vaxtdan 198 mln. 461,934 min ton Azərbaycan nefti yola salınıb.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan, 1076 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 mln. tondan çoxdur.
Layihənin iştirakçıları: BP (30.1%); SOCAR (25.00%); Chevron (8.90%); Statoil (8.71%); TPAO (6.53%); ENI (5.00%); Itochu (3.40%); ConocoPhillips (2.50%); INPEX (2.50%), Total (5.00%) və Amerada Hess (2.36%) şirkətləridir.