Dağıstanda yerli sakin tərəfindən Azərbaycan vətəndaşının qətlə yetirilməsi faktı üzrə cinayət işi başlanıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bazar ertəsi "İnterfaks"a bildirib ki, dünən axşam Mahaçqala şəhərinin Sovet rayonunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Jiquli" markalı avtomobilin sərnişini olan naməlum şəxs odlu silahdan sürücünün başına dörd dəfə atəş açaraq hadisə yerindən qaçıb.
Nəticədə sürücü aldığı yaralardan yerindəcə dünyasını dəyişib. İstintaq-əməliyyat qrupunun əməkdaşları hadisə yerində 9 millimetr kalibrli dörd giliz aşkar edərək götürüblər. Faktla bağlı cinayət işi başlanıb.