Azərbaycan 17-20 noyabr tarixində İstanbul şəhərində XXXI İstanbul Beynəlxalq Kitab Sərgisində iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.
Tədbirdə ölkəni Mədəniyyət və Turizm NazirliyininNizami adına Ədəbiyyat İnstitutunun nümayəndələri, həmçinin muğam üçlüyü təmsil edəcək.
24 kv.m sahədə yerləşən stenddə Azərbaycanın zəngin mədəniyyəti, tarixi, ədəbiyyatı, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsi, kitab sənəti barədə məlumat yerləşdiriləcək.
Bundan başqa, sərgi çərçivəsində həmçinin, “Azərbaycan xəmsəsi - Nizami Gəncəvi, Mirzə Fətəli Axundzadə, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid. Türk dünyasının beş dahi söz ustadı” adlı elmi, ədəbi-bədii tədbir keçiriləcək.