Azərbaycanda banklar 2012-ci ilin yanvar-sentyabr aylarında müştərilərin sayını 16,6% - 3 mln. 402,481 minə qədər artırıb. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
2012-ci il oktyabrın 1-nə bankların fiziki şəxslər arasında 3 mln. 312,173 min müştərisi (artım 17%), o cümlədən sahibkarlıq fəaliyyəti ilə məşğul olan 69,916 min müştərisi (artım 31,5%) var. Banklar hüquqi şəxslər arasında daha 90,308 min müştəriyə (artım 6,4%) malikdir.
Oktyabrın əvvəlinə bankların müştəriləri 5 mln. 221,689 min bank hesabına (artım 28,1%) malikdir, bunun 4 mln. 811,365 mini cari, 410,324 mini depozit hesablardır.
2012-ci il oktyabrın 1-nə Azərbaycanda 43 bank fəaliyyət üçün lisenziyaya malikdir.