Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı noyabrın 17-də C.Verdinin “Riqoletto” operasını tamaşaçılara təqdim edəcək.
Teatrdan “İnterfaks -Azərbaycan” agentliyinə bildirildiyi kimi, tamaşanı üç ölkənin –Moldova, Azərbaycan və Ukraynanın teatr ulduzları ərsəyə gətirib.
Əsas partiyalardan birini Cilda obrazını Moldova Opera və Balet Teatrının aparıcı solisti Liliya Şolomey canlandıracaq. O dünyanın 16 ölkəsində böyük uğurlarla çıxış edib və Cilda partityasının ən yaxşı ifaçılarından sayılır.
Hersoq rolunda Odessaa Milli Akademik Opera və Balet Teatrının ən yaxşı solistlərindən biri, Ukraynanın xalq artisti Vladislav Qoray çıxış edəcək. Bu opera müğənnisinin Böyük Britaniya, İspaniya, ABŞ, Kanada, İtaliya, Hollandiya, Fransa, İsveçrə, Belçikaya qastrolları bpyük uğurlarla başa çatıb .
Riqoletto partiyası isə respublikanın hüdudlarından kənarda da tanınan və sevilən opera müğınnisi, Azərbaycanın xalq artisti Əvəz Abdullayevin ifasında canlandırılacaq.
Operaya Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov dirijorluq edəcək.