Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanın müdafiə naziri Dmitri Salamatinin ilə iki ölkənin hərbi əməkdaşlığını müzakirə edib. Bu barədə rəsmi mətbuat məlumat yayıb.
Görüşdə Prezident ikitərəfli əlaqələrinin genişlənməsinin vacibliyini bəyan edib və D.Salamatinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Ukraynanın müdafiə naziri həmçinin ölkəsinin Azərbaycanla əməkdaşlıqın dərinlşməsində maraqlı olduğunu ifadə edib.
Həmin gün Azərbaycan Prezidenti Bolqarıstan Respublikasının Ali Kassasiya Məhkəməsinin sədri Lazar Qruyevi qəbul edib. Görüşdə İ.Əliyev əlaqələrin genişlənməsində, o cümlədən iqtisadi və energetika sahələrində böyük potensialın mövcudluğunu qeyd edib. O iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu qarşılıqlı əməkdaşlığını yüksək qiymətləndirib. L.Qruyev öz növbəsində məhkəmə sistemində əlaqələrin genişlənməsinə ümid etdiyini ifadə edib.