Noyabrın 16-da Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) tanınmış azərbaycanlı rəssam, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki Rəşad Mehdiyevin sərgisi keçiriləcək. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə RİMM-dən məlumat verilib.
Ekspozisiyaya rəssamın müxtəlif janrlarda yaratdığı 20-yə yaxın əsəri daxil olacaq.
R.Mehdiyev 2002-ci ildə Türkiyənin Çanaqqala şəhərində TÜRKSOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) təşkil etdiyi “Canaqqalanın göz yaşları” müsabiqəsinin qalibi olub.
O, 2006-cı ildə BMT-nin Vyanada yerləşən Avropa ofisində sərgisi keçirilmiş ilk azərbaycanlı rəssamdır, 2012-ci ildə isə təkrarolunmaz milli orijinallığa görə Rusiyanın "Vera" İctimai Fondunun mükafatına layiq görülüb.
Sərgi noyabrın 25-dək davam edəcək.