Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işğal edilmiş torpaqlarda ermənilər tərəfindən dağıdılan dini abidələrin siyahısını hazırlayıb başa çatdırıb. Komitə sədri Elşad İskəndərov çərşənbə axşamı jurnalistlərə belə söyləyib.
“Siayhıya həm islam, həm xristian mədəniyyətinə məxsus 67 dini abidənin adı daxil edilib”,- deyə E.İskəndərov qeyd edib.Onun sözlərinə görə,bu yaxınlarda Böyük Britaniya Parlamentində baş tutmuş “Avropa multikuturalizmi kontekstində tolerantlığın Azərbaycan modeli”mövzusunda konfransda siyahının bir hissəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.Britaniya Parlamentində erməni Qriqoryan kilsəsi tərəfindən mənimsənilmiş qədim Alban xristian kilsəsi barədə məlumat təqdim edilib.
“Bununla yanaşı, siyahıya islam mədəniyyətinə məxsus dağıdılmış abidələrin adları da daxil edilib.Bizim təqdim etdiyimiz siyahı bu faktlar barədə məlumatı olmayan dünya ictimaiyyətinin böyük marağına səbəb oldu”,- deyə E.İskəndərov bildirib.