Azərbaycan-Ermənistan sərhədini keçmiş Azərbaycan vətəndaşı Ermənistan ərazisində saxlanılıb. Bu barədə çərşənbə axşamı "İnterfaks"a Ermənistanın Müdafiə Nazirliyindən məlumat verilib.
"Noyabrın 12-də yerli vaxtla saat 07:45-də Azərbaycanın Qazax rayonunun Məzəmli kənd sakini, 41 yaşlı Telman Cavanşiroğlu Əliyev Ermənistanın Tavuş vilayəti (respublikanın şərq hissəsi) istiqamətində Azərbaycan-Ermənistan sərhədini keçib", - deyə nazirliyin mətbuat xidmətindən bildirilib.
Azərbaycan vətəndaşı saxlanılıb, təhqiqat aparılır.
“Baş vermiş hadisə ilə bağlı beynəlxalq təşkilatlar məlumatlandırılıb”, - deyə Müdafiə Nazirliyindən qeyd edilib.