Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsipləri razılaşdırılmadan sülh sazişi ilə bağlı danışıqlara başlamaq mümkün deyil. Bu barədə Ermənistan prezidenti Serj Sarqsyan bəyan edib.
"Bakı beynəlxalq vasitəçilərin təkliflərini əsas götürməkdən imtina edir və hesab edir ki, əsas prinsiplər razılaşdırılmadan dərhal sülh sazişi ətrafında danışıqlara başlamaq mümkündür", - deyə o, Fransanın "Fiqaro" qəzetinə müsahibəsində bildirib.
Ermənistan prezidentinin sözlərinə görə, sülh sazişi hamı üçün məqbul və dəqiq prinsiplərə əsaslanmadığı halda həyat qabiliyyətli ola bilməz".
S.Sarqsyan Fransada üçgünlük rəsmi səfərdədir.