Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Məhərrəm ayının başlanması ilə əlaqədar fətva verib.
QMİ Qazilər Şurası Məhərrəm ayının 2012-ci il noyabrın 16-da başladığını elan edib.
QMİ dindarları Aşura günü məscid və müqəddəs məkanlarda ictimai asyişi pozmamağa, matəm mərasimlərində Kərbəla şəhidlərinin, eləcə də Azərbaycan ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ruhlarına dualar etməyə çağırır.
680-ci il oktybarın 10-da imam Hüseyn və72 səhabəsi xəlifə Yezidin çoxminlik qoşunu tərəfindən Kərbəla çölündə (indiki İraq ərazisində) şəhid edilib.İmam Hüseyn hakimiyyətin xəlifə tərəfindən qəsb edilməsi və islam prinsiplərinin dəyişdirilməsinə qarşı çıxış edirdi.
Həmin gün müsəlman ölkələrinin, o cümlədən Azərbaycanın möminləri imamın şəhid ediməsini anaraq yas tutur, zəncir vuraraq özlərinə əziyyət verirlər.
QMİ dindarları bu ənənədən əl çəkməyə, məscidlərdə Səhiyyə Nazirliyi ilə birgə təşkil olunan qan vermə aksiyalarında iştirak etməyə çağırıb.