Ukraynanın ali məktəblərində təhsil alan azərbaycan vətəndaşlarının sayı 40 min nəfərə çatıb. Ukrayna Təhsil və Elm, Gənclər və İdman Nazirliyinin “İnformasiya-imic mərkəzi” dövlət müəssisəsinin direktoru Viktoriya Sergiyenko belə məlumat verib.
“Keçən il bizim ali məktəblərimizdə 20 min Azərbaycan vətəndaşı təhsil alıb. bu il isə göstəricilər iki dəfə artıb”,- deyə V.Sergiyenko çərşənbə axşamı Bakıda keçirilən Tələbə missiyası. Kim Ukraynada oxumaq istəyir?” teleşousunun buraxılışına həsr olunmuş mətbuat konfransında bildirib..
Layihədə müsabiqədən keçmiş 10-11-ci sinif şagirdləri iştirak edirlər.V.Sergiyenkonun sözlərinə görə,Ukraynanın ali məktəblərində Bolonya sistemi tətbviq edilir. Buna görə şounun qalibi olacaq şagird oxumaq istədiyi ali məktəbi və ixtisası özü seçmək imkanı qazanacaq.
Ukraynaın Azərbaycandakı səfirliyinin üçüncü katibi Yuri Lupey qeyd edib ki, Ukrayna Azərbaycanla təhsil sahəsində əməkdaşlığa maraqlıdır. “Yaxın vaxtlarda iki ölkənin müvafiq nazirlikləri arasında təhsil sahəsində əməkdaşlığa dair növbəti sazişin imzalanması gözlənilir, yeni saziş əvvəlki sazişi əvəz edəcək”, -deyə səfirliyin nümayəndəsi bildirib.
Azərbaycanın ATV kanalının nümayəndəsi, layihəni həyata keçirən Vado Karovin bildirib ki, bu teleşouda iştirak etmək üçün 40 nəfər seçilib, onlar Ukraynaya tanışlıq məqsədi ilə səfərə gedib, yerli ali məktəblərdə olublar. “Layihə bizim telekanalda noyabrın 17-də start götürəcək”,- deyə V.Korovin bildirib.