Azərbaycanda dini məktəblərin yaradılmasına ehtiyac var. İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva belə hesab edir.
“Azərbaycanda dini məktəblərin yaradılmasına ehtiyac var, valideynlərin öz övladlarını hansı təhsil müəssisəsinə yönəltməsini müəyyən edə bilməsi üçün dünyəvi məktəbləri dini məktəblərdən ayırmaq lazımdır. Valideynlər öz övladlarını dini məktəblərə hicabla göndərə bilərlər”,- deyə A.Mustafayeva çərşənbə günü jurnalistlərə bildirib.
Bununla yanaşı, o ümumtəhsil məktəblərinə hicab geyinərək gəlməyi yolverilməz hesab edir, çünki ümumtəhsil məktəblərində vahid məktəbli forması tətbiq edilir ki, bu geyimdə də baş örtüyü nəzərdə tutulmur.
Azərbaycan Təhsil Nazirliyi 2010-cu ildən vahid məktəbli formasını tətbiq edir. Bu forma ilə hicab(müsəlman qadınların baş örtüyü-İF-Az) örtülməsi nəzərdə tutulmur.