Vergilər Nazirliyi 2012-ci ilin iyul-noyabr aylarında həyata keçirilmiş tədbirlər çərçivəsində 53 min vergi ödəyicisi tərəfindən 174 min işçi ilə əmək müqaviləsinin bağlanmasını təmin edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Bu tədbirlər nəticəsində Bakıdakı şadlıq evlərinin işçilərinin sayı əhəmiyyətli dərəcədə artıb, işçilərlə işəgötürənlər arasında əmək müqavisi bağlanıb. Əgər apreldə paytaxtın şadlıq evlərində 3 181 işçi ilə əmək müqaviləsi bağlanmışdısa, noyabrda onların sayı 8 261 nəfərə qədər artıb.
Hazırda nazirlik fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin vergi uçotuna cəlb edilməsi üçün tədbirləri davam etdirir.
"Ümumilikdə, 2012-ci ilin yanvar-oktyabr aylarında Vergilər Nazirliyi vergi uçotuna durmadan fəaliyyət göstərdiyi üçün 1 830 şəxsə qarşı 73,2 min manat məbləğində maliyyə sanksiyası tətbiq edib", - deyə məlumatda vurğulanır.