Dəməşq Türkiyəyə qarşı kimyəvi silah tətbiq edəcəyi halda NATO Ankaranın yardımına gələcək. Bu barədə Türkiyə prezidenti Abdulla Gül bəyan edib.
"Məlumdur ki, Suriya kimyəvi silaha və sovet istehsalı olan köhnəlmiş çatdırma vasitələrinə malikdir, buna görə də əgər bu baxımdan hər hansı bir ehtiyatsız addım atılarsa, fövqəladə plan icra olunacaq. NATO bununla məşğul olur", - deyə Türkiyə KİV-i prezidentə istinadən bildirir.
Xəbər verildiyi kimi, Ankara bəyan edib ki, Türkiyə ərazisinə, Suriya ilə sərhəd rayonlara NATO-nun "Petriot" raketləri cəlb edilə bilər.