R.Mustafayeva adına Azərbaycan Milli İncəsənət Muzeyində məşhur rəssam İnna Kostinanın “Rəng varlığın əsası kimi” adlı kitab-albomunun təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimini Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov açaraq qeyd edib ki, İ.Kostinanın yaradıcılığı qeyri-adi və istedadlıdır.
Tədbirdə çıxış edən incəsənət xadimləri İnna Kostinanın rəssamlığa və milli incəsənətin inkişafına töhfəsini vurğulayıblar.
Belə ki, məhz o xaricdə böyük maraqla qarşılanan “batik” texnikasına və keçmişdə qalan kişilərin milli baş geyimi “araxçın”a marağı yenidən yaradıb.
İnna Kostinanın əsərləri dünyanın 100-dən artıq ölkəsində nümayiş edilib. O 1995-ci ildə yaratdığı “Yeddi parlaq kəpənək” studiyasından olan tələbələrinin işlərini dəfələrlə xarici ölkələrdə sərgiləyib.
İ.Kostina Milli İncəsənət Muzeyinə “batik” texnikasında hazırlanan “Simurq” əsərini hədiyyə edib.