Bakıda rusiyalı fotorəssam Vladimir Boqdanovskinin "İpək yolu dostluq yoludur" adlı fotosərgisi açılıb.
Muzey Mərkəzinin sərgi salonunda keçirilən sərgidə Rusiya Fotorəssamlar İttifaqının üzvü V.Boqdanovski tərəfindən 2011-ci ilin may ayında Azərbaycanda çəkilmiş təxminən 90 foto təqdim edilib.
Boqdanovskinin fotolarında Odlar Yurdunun tarixi və mədəniyyəti öz əksini tapıb.
Sərgi fotorəssamın 60 illik yubileyi ərəfəsində keçirilir və Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "İpək dostluq yolu" layihəsi çərçivəsində təşkil edilib. Layihə hökumətlərarası saziş çərçivəsində həyata keçirilir.
Sərgi dekabr ayına qədər davam edəcək.