Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat nazirinin müavini Mohammed Əhməd Bin Abdul Aziz Al Şihhinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə çərşənbə günü rəsmi KİV xəbər verir.
Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub, Dubay Ticarət və Sənaye Palatasının xaricdə ilk nümayəndəliyinin Azərbaycanda təsis edilməsinin əhəmiyyəti vurğulanıb, palatanın ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsi baxımından önəmi qeyd edilib.