Azərbaycanda kommersiya banklarının daşınmaz əmlakla əməliyyatların kreditləşməsinin (həmçinin ipoteka krediti üzrə) 2012-ci il oktyabrın 1-nə 623,3 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
AMB-nin məlumatına görə, 2011-ci ilin sonuna bankların bu cür kreditlər üzrə portfeli 575,8 mln. manat təşkil edib. Beləliklə, cari ilin yanvar-sentyabr ayları ərzində bankların bu cür kreditlər üzrə portfeli 8,2% artıb.
Cari ilin sentyabr ayında bankların daşınmaz əmlakla əməliyyatların kreditləşməsi portfeli 81,6 mln. manat və ya 11,6% artıb.
Ümumilikdə, bankların ümumi kredit portfelinin 5,4%-i tikinti və daşınmaz əmlak alışı ilə bağlı əqdlərin kreditləşməsinin payına düşür. Baxmayaraq ki, 2011-ci ilin yekunlarına görə, bu göstərici 5,8% təşkil edib.