İsrailin çərşənbə günü Qəzza sektorunda başladığı hərbi əməliyyat nəticəsində artıq 11 fələstinli həlak olub, ən azı 100 nəfər isə yaralanıb. Bu barədə Frans-Press Agentliyi cümə axşamı fələstinli həkimlərə istinadən məlumat verir.
Fələstin tərəfinin məlumatına görə, əməliyyatın gedişində İsrail Qəzza sektoruna ən azı 60 aviazərbə endirib.
Xəbər verildiyi kimi, çərşənbə günü İsrail Fələstinin HƏMAS hərəkatının səhra komandirlərindən biri olan Əhməd əl-Cəbarinin öldürülməsini Qəzza sektorunda döyüşçülərə qarşı daha miqyaslı hərbi əməliyyatın başlanğıcı adlandırıb.