“Azərbaycan Hava Yolları” QSC (AzAl) Braziliyanın “Embraer” aviatikinti konserninə 4 ədəd “Embraer 190s” sərnişin təyyarəsi sifariş edib. Bu barədə “Embraer”-in rəsmi saytında məlumat verilib.
“Embraer” “AzAl” ilə 4 yeni “Embraer 190s” sərnişin təyyarənin gətirilməsi haqqında saziş imzalanıb. Sazişin ümumi dəyəri $180,8 mln. təşkil edir. Hava gəmilərinin gətirilməsi 2013-cü ilin üçüncü rübünə planlaşdırılır”, - deyə məlumatda qeyd olunur.
Məlumatda vurğulanır ki, “AzAl” həmçinin “ECC leasing” şirkətindən (“Embraer”-in törəmə şirkəti - İF) iki ədəd istismar olunmuş “EMBRAER 170S” sərnişin təyyarəsi alıb. Onlardan biri 2013-cü ilin ikinci rübündə Bakıya gətiriləcək.
“Gələn ilin sonuna “E-Jets” təyyarələnin hər biri “AzAl” şirkətinin daxili və beynəlxalq reyslərində istismara veriləcək”, - deyə məlumatda qeyd edilir.