Moskvanın Tver rayon məhkəməsi toy zamanı travmatik tapançadan atəş açan 18 yaşlı azərbaycanlı tələbə Seymur Nəbizadənin həbs edilməsi haqda qərar qəbul edib.
“İnterfaks” müxbirinin məlumatına görə, beləliklə istintaq orqanlarının vəsatəti təmin edilib.
Hakimin elan etdiyi müstəntiqlərin ərizəsinə əsasən, S.Nəbizadə orta ağır cinayətdə - xuliqanlıqda şübhəli bilinir. Baxmayaraq ki, onun şəxsiyyəti müəyyənləşib, şübhəli şəxsin qaçıb gizlənəcəyi barədə ehtimallar mövcuddur.
Məhkəmədə çıxış edən istintaq nümayəndəsi dəqiqləşdirib ki, S.Nəbizadənin Azərbaycan ərazisində qohumluq əlaqələri olduğuna görə o çox ehtimal ki, qaçıb gizlənə bilər .
Nümayəndə həmçinin məlumat verib ki, şübhəlinin silah daşıdığı avtomobildə həmin gün onun yetkinlik yaşına çatmamış sevgilisi və azyaşlı bacısı olub.
Prokuror vəsatəti dəstəkləyib.
S. Nəbizadə məhkəmədən 200 min rubl məbləğində zaminə buraxılmağını və ya ev dustaqlığını xahiş edib.
“Mən atama kömək edirəm, iki ali məktəbdə təhsil alıram, idmanla məşğul oluram. Cəmiyyət üçün təhlükəli deyilən. Bağışlayın, səhv hərəkət etmişəm. Xahiş edirəm ki, məni zaminə buraxın və ya ev dustaqlığı verin”, - deyə o bildirib.
Hakimin hansı səbəbdən odlu silah daşıyıb sualına S.Nəbizadə “elə-belə” cavabını verib. S.Nəbizadənin vəkili hakimdən şübhəli şəxsin gənc olmasına diqqət yetirməyi xahiş edib. “S.Nəbizadənin qaçıb gizlənməsi haqıında heç bir sübut yoxdur. Atası onun zaminə buraxılması üçün 200 min rubl ödəməyə hazırdır”, - deyə o bildirib.
Hakim müdafiənin dəlillərini nəzərə alıb, lakin qətnaməyə əsasən, həbs barəsində vəsatətin qanunvericiliyə uyğun tərtib edildiyini bildirib. S.Nəbizadənin şübhəli bilindiyi cinayət kobud xarakter daşıyır, müvafiq olaraq məhkəmənin şübhəli şəxsin qaçıb qizlənməsi barədə ehtimalları mövcuddur.
Bundan başqa, hakim S.Nəbizadənin həbs altında saxlanmasına əngəl törədən xəstəliyinin olmadığını və hazırki mərhələdə istintaqın faktla bağlı dəlil topladığını nəzərə alıb.
S.Nəbizadə öz növbəsində həqiqətin üzə çıxmasına mane ola bilər.
İclasdan sonra Rusiya Daxili İşlər Nazirliyinin Baş İdarəsinin nümayəndəsi jurnalistlərə məlumat verib ki, müttəhimin silah saxlanmasına icazəsi var. “Bizdə olan məlumata əsasən, həmin gün S.Nəbizadə yalnız gəlin korteji tərkibində havaya atəş açıb”, - deyə o bildirib.
O həmçinin məlumat verib ki, hadisəyə şahid olan şəxsin hüquq-mühafizə orqanlarına müraciətindən sonra S.Nəbizadə saxlanılıb.
Noyabrın 12-də S.Nəbizadə Moskvada gəlin kortejində avtomobillə hərəkət edərək havaya travmatik silahla bir necə dəfə atəş açıb. 18 yaşlı azərbaycanlı barəsində faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsi (Xuliqanlıq) ilə cinayət işi açılıb. Bu maddə ilə onu 5 il azadlıqdan məhrum etmə cəzası gözləyir.
Polisin məlumatına əsasən, noyabrın 12-də S.Nəbizadə “ictimai asayişi kobud şəkildə pozaraq, vətəndaş cəmiyyətində ümumi qəbul edilən davranış qaydalarına məhəl qoymayaraq və insanların həyat və sağlamlığını təhükəyə ataraq travmatik silahdan 5 dəfədən az olmayaraq atəş açıb”.
Gəlin korteji tərkibində avtomobil idarə edən daha səkkiz nəfər barəsində Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 12.25-ci maddəsi (nəqliyyat vasitəsinin saxlanması tələbinə riayət olunmaması) ilə inzibati protokollar tərtib edilib.