Suriyada ölkə prezidenti Bəşər Əsədə qarşı etiraz aksiyalarının başladığı 20 ay ərzində 39 mindən çox adam həlak olub. Bu barədə cümə axşamı Suriyanın İnsan Hüquqları üzrə Müşahidə Şurasından məlumat verilib.
Londondakı hüquq müdafiəçilərinin məlumatına görə, həlak olmuş 27 410 nəfər dinc sakinlərdir. Adətən bu təşkilatda hərbçilərə qarşı döyüşlərdə iştirak etmək üçün əlinə silah götürmüş suriyalılar da belələrindən hesab olunurlar.
Bundan başqa, 9,8 min hərbçi və müxalifətçilərə qoşulmuş 1,3 mindən çox fərari həlak olub.
Hüquq müdafiəçiləri həmçinin qeyd edirlər ki, yüzlərlə hadisədə həlak olanların şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.