İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri ASK sektorunda sahibkarlara büdcədən maliyyə yardımının yeni mexanizmini hazırlayıblar. Bu barədə iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova cümə axşamı “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsinə həsr olunan parlamentin plenar iclasında bəyan edib.
“Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabiinetinin 2012-ci ilin I yarısında respublikanın sosial-iqtisadi inkişafına həsr olunan iclasında ASK sektorunda sahibkarlara büdcədən maliyyə yardımının yeni, mükəmməl mexanizmini hazırlamağı tapşırıb”, - deyə S.Həsənova bildirib.
Onun sözlərinə görə, İqtisadi İnkişaf və Kənd Təsərrüfatı Nazirlikləri artıq maliyyə yardımının verilməsinin yeni mexanizmini hazırlayıblar.
Eyni zamanda o yeni mexanizmin xüsusiyyətlərini qeyd etməyərək bildirib ki, “hazırda hazırlanan mexanizmə dair müzakirə və məsləhətləşmələr aparılır”.